Şuşa Teatrı yeni mövsümün açılışını etdi - Foto

Şuşa Teatrı yeni mövsümün açılışını etdi - Foto
11 oktyabr 2021
# 17:40

Şuşa Dövlət Musiqili Dram Teatrının 148–ci mövsümünün açılışını edib.

Kulis.az xəbər verir ki teatrdan verilən məlumata görə, teatr mövsümü uşaqlar üçün Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə açıb. Həmçinin Xanımana Əlibəylinin əsəri əsasında hazırlanan “Dovşanın ad günü” tamaşası da təqdim edilib.

“Dəli Domrul” tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

“Dovşanın ad günü” səhnə əsərinin isə quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

# 6329 dəfə oxunub

Müəllifin son yazıları

# # #