“Düdəngədən Münhenə” filmi nümayiş olundu- FOTO

“Düdəngədən Münhenə” filmi nümayiş olundu- FOTO
3 iyul 2016
# 18:15

İyulun 2-də Almaniyanin Neu Ulm şəhərində Eltv və “Nova Gorica” kino mərkəzinin istehsalı olan “Düdəngədən Münhenə” sənədli filminə ilk baxış keçirilib. Kulis.azın məlumatına görə film Əbdurrəhman bəy Fətəlibəyli Düdənginskiyə həsr olunub.

Tədbirdə Almaniyada yaşayan həmyerlilərimiz və ictimai şəxslər iştirak ediblər. Film Ramiz Abutalıbovun “Özgələr arasında doğma” kitabının motivləri əsasında çəkilib. Qonaqlar Neu Ulm şəhərinin məzarlığında mühacir və legionlarımızın məzarlarını ziyarət ediblər.

Filmin rejissoru Tahir Tahirovic, ssenari müəlifi İlham Tumas, operatoru Elşən Həsənoğlu, koordinatorları Namiq Bossert və Elşad Məmmədov, məsləhətçisi Ramiz Abutalıbov, icraçı prodüseri Qurban Ələkbərov, prodüseri İqbal Məmmədləiyevdir.

# 1563 dəfə oxunub

Müəllifin son yazıları

# # #