Ankara Hacı Bayram Vəli Universitetində azərbaycanlı müəlliflərlə görüş keçiriləcək

Ankara Hacı Bayram Vəli Universitetində azərbaycanlı müəlliflərlə görüş keçiriləcək
6 aprel 2026
# 12:25

Ankara Hacı Bayram Vəli Universitetinin Türkiyat Tətbiq və Araşdırma Mərkəzində "Türk dünyası ortaq ədəbiyyatından seçmələr" mövzusunda kitab təqdimatı və azərbaycanlı müəlliflərlə görüş keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində yazıçı Hüseynbala Mirələmovun türk dilində nəşr edilmiş "Beyaz bulutlar üstünde" romanı və professor Elman Quliyevin "Türk xalqları ədəbiyyatı" kitabı geniş ictimaiyyətə təqdim olunacaq.

Türk dünyasının zəngin ədəbi irsini və ortaq mədəniyyətini işıqlandıran bu görüş, hər iki müəllifin yaradıcılığı vasitəsilə türk xalqları arasındakı mənəvi bağları daha da gücləndirməyi hədəfləyir.

Elmi və bədii müzakirələrin gözlənildiyi mərasim 15 aprel 2026-cı il tarixində, saat 11:00-da universitetin İTRİ kampusundakı "Mavi Salon"da baş tutacaq.

Qeyd edək ki, təqdimata giriş türk dünyasının ədəbi prosesləri ilə maraqlanan hər kəs üçün sərbəstdir.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər