Fransanın məşhur muzeyi “Musee d’Orsay”da yer alan, Qustav Kurbeyə məxsus “Dünyanın mərkəzi” adlı çılpaq qadın portreti qalmaqallı bir şounun hədəfi oldu.
Lüksemburqlu ekstravaqant rəssam Deborah de Robertisin Kurbenin qadın cinsi orqanını göstərən tablosunun önündə eyni pozada dayanması muzeydə qalmaqal yaratdı.
Hadisə ötən həftə sonu baş versə də görüntü “Youtube”a düşəndən sonra yayılıb. Kurbenin məşhur “Dünyanın mərkəzi” tablosunun canlandırmaq istəyən gənc rəssam qısa geyimdə salona girir. Bir anda tablonun qabağında oturub ətəyini qaldıran gənc qadın “Ave Maria” ilahisinin fonunda eyni pozanı canlandırır.
- Məşhur filmin son aktyoru vəfat etdi
- Gülnarə İlham: “Yalquzaq”-Ən qısa hekayə
- 90-cı illərin məşhur qrupu yenidən səhnəyə çıxacaq
Hadisə yerində saxlanılan Deborah de Robertis prokurorluq orqanlarına tablonu canlandırmaq istədiyini bildirib. Gənc sənətçi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.