Amerikalı hip-hop sənətçisi Kendrick Lamar-ın "The Big Steppers" turu hip-hop tarixində ən çox gəlir gətirən tur olub.
Kulis.az xəbər verir ki, bu barədə "hiphopdx.com" saytı məlumat yayıb.
Məlumata görə, sənətçi 73 konsertdən sonra ona 100 milyon dollardan çox gəlir gətirən qəstrol səfəri keçən kanadalı reper Dreykin (əsl adı Aubrey Drake Graham) rekordunu qırıb.
2022-ci ilin oktyabrında Kendrick Lamar BET Hip Hop Mükafatları tərəfindən İlin Artisti seçilib. Musiqiçi “İlin albomu”, “Ən yaxşı hip-hop klipi”, “Ən yaxşı ifa”, “İlin lirikası” və “İlin rejissoru” nominasiyalarında da qalib olub. Mükafatların sayına görə ikinci yerdə reper Dreyk olub. O, iki kateqoriyada - ən yaxşı əməkdaşlıq və ən yaxşı birgə trek üzrə qalib olub.
Qeyd edək ki, "The Big Steppers" turu 2022-ci ilin iyulunda bitib.