Şairə Salatın Əhmədlinin "Analar köç edəndə" adlı bayatılar kitabı Tehranda "ÇEŞMƏ" nəşriyyatında çap edilib.
Kulis.Azın məlumatına görə kitabda 160-a yaxın şeir və onların fars dilində olan tərcümələri yer alıb. Kitabın ön sözünün müəllifi şairə Fəridə Lemandır.
Kitab 154 səhifədə və 1000 nüsxədə çapa hazırlanmışdır. Kitabın fars dilinə tərcüməçisi Sayman Aruzdur.