“Briqada” serialının aktyoru vəfat etdi

aktyor Dmitri Qumenetski

aktyor Dmitri Qumenetski

3 noyabr 2021
# 11:01

“Briqada” serialının aktyoru vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktyor Dmitri Qumenetski 49 yaşında Moskvada dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən öldüyü bildirilir.

Məlumata görə, aktyor həbsdən çıxandan az sonra dünyasını dəyişib. Ölüm oktyabrın 29-da baş verib, lakin bu barədə yalnız indi məlum olub.

2015-ci ildə Qumenetski külli miqdarda narkotik partiyası saxlamağa görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, yalnız 2023-cü ildə azadlığa buraxılmalı idi, lakin səhhətində yaranan problemlərə görə bu ilin yazında şərti azadlığa buraxılmışdı.

Xatırladaq ki, Qumenetski həbs olunmadan əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının mayoru rütbəsində xüsusi təyinatlı dəstələrdə xidmət edib, hərbi əməliyyatlarda təcrübəsi olan peşəkar hərbçi olub. O, Saşa Uaytın "Briqada" mühafizəçisi rolunu oynayıb, həmçinin "Bumer" və "Maqnit Fırtınaları" filmlərinin epizodlarında çəkilib.

# 6113 dəfə oxunub

Müəllifin son yazıları

# # #