Beynəlxalq Bukerin sahibi Pol Osterin keçmiş həyat yoldaşı oldu

Beynəlxalq Bukerin sahibi Pol Osterin keçmiş həyat yoldaşı oldu
30 may 2013
# 16:54

Beynəlxalq Buker mükafatının qalibi məlum oldu. Kulis.Azın məlumatına görə qalib 65 yaşlı amerikalı yazıçı Lidiya Devisdir. Beynəlxalq Buker mükafatı yalnız mükafata təqdim olunan əsərə görə deyil, həmçinin müəllifin ədəbiyyata xidmətlərinə görə də təqdim olunur.

2013-cü ilin “qısa siyahısı” öz ölkəsində yaxşı tanınmış müəlliflərdən ibarətdir. Məsələn “Böyük kitab” mükafatı laureatı, romanları Rusiyada qabaqcıl hesab olunan Vladimir Sorokin və ya ədəbiyyat sahəsində nüfuzlu fransız mükafatı Qonkurun laureatı franko-seneqal Mari Niday.

Lidiya Devis 1947-ci ildə Massaçusets ştatında anadan olub. Uzun müddət bir sıra xarici dövlətlərdə yaşayıb. Frnasız dili üzrə təörcüməçi işləyib. Maresl Prust, Qustav Flober və başqa fransız yazarlarını ingilis dilinə tərcümə edib.

Devis əsasən qısa hekayələr müəllifi kimi tanınır.

Lidiya Devis Amerika yazıçısı Pol Osterlə ərdə olub. Bu evlilikdən onların Deniel adlı oğlanları olub. Pol Osterlə boşandıqdan sonra Devis rəssam Alen Koutla evlidir.

# 1354 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #