“Qadın corabları” təqdim olundu FOTOLAR

“Qadın corabları” təqdim olundu FOTOLAR
21 iyul 2014
# 11:02

İyulun 20-də yazıçı Cəlil Cavanşirin “Qadın corabları” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Kulis.Az-ın məlumatına görə təqdimat mərasimi Kitabevim.az kitab marketində təşkil olunub.

Təqdimat mərasimində qələm adamları, oxucular, o cümlədən Əkrəm Əylisli, Faiq Ağayev və başqa tanınmış şəxslər iştirak edib.

Tədbirdə jurnalist Zöhrab Əmirxanlı, yazıçı Müşfiq Xan və kitabın redaktoru Ağa Cəfərli çıxış edərək yazar haqqında ürək sözlərini bildiriblər.

Daha sonra müəllif oxucular üçün kitablarını imzalayıb.

# 2956 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #