“Ulduz” jurnalı Emin Pirinin redaktorluğu ilə nəşr olundu

“Ulduz” jurnalı Emin Pirinin redaktorluğu ilə nəşr olundu
3 dekabr 2013
# 15:41

“Ulduz” jurnalının noyabr sayı gənc şair Emin Pirinin redaktorluğu ilə işıq üzü görüb. Kulis.Az-a danışan Emin Piri bildirib ki, bu say əvvəlkilərdən fərqlənir: “İlk nömrələrdən fərqli olaraq bu nömrədə müəyyən dərəcədə ögey münasibət bəslədiyimiz Güney Azərbaycan bölməsi yaratmışıq. Ədəbiyyat yalnız gənclər və ya yaşlılar üçün deyil. Buna görə də bir neçə səhifəni sırf uşaq ədəbiyyatına ayırdıq”.

Bu nömrədə yalnız hazırkı Gənc Ədiblər Məktəbinin üzvləri deyil, bundan əvvəlki buraxılışın üzvlərin də yaradıcılığına yer ayrılıb, digər yaradıcı qurumlarda təmsil olunan gənclər də dərc edilib.

Oxucular bu sayda Xalq Yazıçısı Anarın, Dəyanət Əlizadə, Günel İmranın hekayələri, Ramil Əhməd, Aqşin Evren, Arzu Hüseyn, Pərviz Axundov, Könül Həsənqulu, Taleh Mansur, Vefa Qafarova, Rüfət Axundlu, Vəlixan, Elməddin Nicatın şeirləri ilə tanış ola bilərlər.

“Ulduz” jurnalı uzun müddətdir ki, bu ənənəni həyata keçirir. Mütəmadi olaraq jurnalın müxtəlif sayları gənc şair və yazarların redaktorluğu ilə nəşr olunur. Bundan əvvəl jurnala Qismət, Cavid Zeynallı, Aysel Əlizadə, Kəramət Böyükçöl redaktorluq ediblər.

# 1947 dəfə oxunub

Müəllifin son yazıları

# # #