Amerika gözəli intihar etdi

Çesli Krist, model

Çesli Krist, model

31 yanvar 2022
# 17:50

“Miss ABŞ-2019” gözəllik müsabiqəsinin qalibi Çesli Krist Nyu-Yorkun mərkəzində özünü hündürmərtəbəli binadan ataraq intihar edib.

Kulis.az “New York Post”a istinadla xəbər verir ki, Ç.Kristin cansız bədəni 60 mərtəbəli Orion binasının yaxınlığında tapılıb. Binanın 9-cu mərtəbəsində yaşayan Ç.Kristini sonuncu dəfə 29-cu mərtəbənin terraslarının birində görüblər.

İntihardan əvvəl anasına vida məktubu yazan Ç.Kristin bütün mal-mülkünü anasına vəsiyyət edib. İntihar səbəbi hələlik açıqlanmasa da onun 2019-cu ildən psixoterapevt yanına getdiyi məlum olub.

# 1711 dəfə oxunub

Müəllifin son yazıları

# # #