Yazıçıların 51-ci Beynəlxalq Belqrad Toplantısı keçiriləcək

Yazıçıların 51-ci Beynəlxalq Belqrad Toplantısı keçiriləcək
9 sentyabr 2014
# 10:30

Azərbaycan Yazıçılar Birliyinin Bədii Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və “Ulu Çinar” jurnalının baş redaktoru Elxan Zal Serbiya Yazıçılar Birliyinin sədri, tanınmış serb yazıçısı Radomir Andriçin dəvəti ilə sentyabrın 15-21 - i tarixlərində Belqrad şəhərində keçiriləcək Yazıçıların 51-ci Beynəlxalq Belqrad Toplantısında iştirak edəcəklər.

Səlim Babullaoğlunun ayb.az saytına verdiyi eksklüziv açıqlamasında bir çox serb nəşriyyatları və ədəbi dərgiləri, tərcümə mərkəzləri ilə görüşlərin planlaşdırıldığını, eyni zamanda toplantıda iştirak edən digər xalqların naşir və ədəbiyyatçıları ilə görüşlərin mümkün ola biləcəyini söyləyib: “Konkret planlaşdırılmış görüşlər var, amma ad çəkmək istəməzdim, hər halda bir çox layihələr də var, imzalanmalı əməkdaşlıq sənədləri də ola bilər... Gələcək göstərər... ”

# 1591 dəfə oxunub

Müəllifin son yazıları

# # #