Amerikalı aktrisa Karol Artur vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Robin Hud”un 85 yaşlı ulduzu 2015-ci ildən bəri yaşadığı Los Angeles qocalar evində dünyasını dəyişib. Ömrünün son 11 ilində sənətçi Alzheimer xəstəliyi ilə mübarizə aparırdı.
Məşhurun Peter, David və Maykl adlı üç oğlu olduğu qeyd olunub. Onların hər üçü aktyordur.
Karol Artur 1935-ci il avqustun 4-də Nyu-Cersinin Hackensack şəhərində anadan olub. Karyerası ərzində 30 filmdə rol alıb. Onun iştirak etdiyi ən məşhur filmlər və seriallar arasında "Səssiz kino”, "Parlayan yəhərlər", "Yeddinci cənnət","Qudson", "Dünyanın Ən böyük sevgilisi", "Əyləncəli uşaqlar", " Demək olar ki, hamilədir”, “Robin Hud” və “Drakula” xüsusi yer tutur.