“Mədəni irsimiz fotolarda” sərgi-müsabiqəsi keçiriləcək

 “Mədəni irsimiz fotolarda” sərgi-müsabiqəsi keçiriləcək
18 avqust 2016
# 09:58

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz fotolarda” adlı sərgi-müsabiqə təşkil olunacaq.

Layihə ölkəmizin milli-mədəni irsin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə həyata keçiriləcək. Belə ki, layihə çərçivəsində gənc fotoqrafların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi-müsabiqə “Art Villa” qalereyasında baş tutacaq.

Sözügedən layihə, həmçinin mədəni irsin öyrənilməsində müasir texnologiyaların, aparıcı beynəlxalq təcrübənin tətbiqi, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqinə, o cümlədən ölkədə turizmin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, sərgiyə memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş fotolar təqdim olunmalıdır. Fotolar [email protected] elektron ünvanına göndərilməlidir.

Hər iştirakçı 5–dək foto göndərə bilər. 3 min piksel və JPEG formatında nəzərdə tutulan fotolar son 3 il ərzində çəkməlidir. /Azərtac/

# 818 dəfə oxunub

Müəllifin son yazıları

# # #