“Kuraj və uşaqları” nümayiş olunacaq

“Kuraj və uşaqları” nümayiş olunacaq
23 iyun 2020
# 19:30

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı alman dramaturqu Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasını iyunun 25-də “facebook” səhifəsində onlayn nümayiş etdirəcək.

Dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur pyesinə Xalq artisti Rafiq Əliyev quruluş verib.

Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Xalq artisti Ramiz Fətəliyevdir.

Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.

Səhnə əsəri saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək. /azertag.az/

# 1644 dəfə oxunub

Müəllifin son yazıları

# # #