“Dünya ədəbiyyatı” jurnalı yenidən işıq üzü görəcək

“Dünya ədəbiyyatı” jurnalı yenidən işıq üzü görəcək
24 iyun 2013
# 15:36

Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi və 2008-ci ildə nəşrini dayandırmış "Dünya ədəbiyyatı" jurnalı yenidən işıq üzü görəcək.

Jurnalın baş redaktoru, şair Səlim Babulloğlunun verdiyi məlumata görə dərginin cari ilin sentyabr ayında nəşr edilməsi nəzərdə tutulub.

Rüblük xarici ədəbiyyat və sənət dərgisi olan "Dünya ədəbiyyatı" əsasən, xarici ölkə ədəbiyyatı nümunələrinin, eləcə də tərcümə praktikası və nəzəriyyəsi haqqında araşdırmaların Azərbaycan dilinə çevrilməsinə üstünlük verir.

AzərTac

# 1949 dəfə oxunub

Müəllifin son yazıları

# # #