Servantesə məxsus olduğu ehtimal olunan qəbir tapılıb

Servantesə məxsus olduğu ehtimal olunan qəbir tapılıb
9 iyul 2014
# 13:04

İspan təhqiqatçıları Madrid monastırında, biri dahi ispan yazıçısı Migel de Servantesə məxsus olduğu ehtimal olunan beş məzar tapıblar.

Antropoloq Fransisko Eçeberriya hələ ki, boş ümidlər vermək istəmədiyini deyib: "Bilmirəm ki, biz onu tapacağıqmı? Əvvəlcə meyitləri rentgenin köməyi ilə yoxlamalıyq. Əgər cənazəsi başqa yerə köçürülməyibsə, onda haradasa buralarda olmalıdır”.

Məzarlığı tapmaq üçün mütəxəssislər infraqırmızı kameralardan istifadə ediblər. Ekspertlərin fikrincə, eksqumasiya və analiz bir neçə ay davam edə bilər.

Əgər eskpertlər məzarın yazıçıya aid olduğunu təsdiqləsələr o, kilsəyə qaytarılacaq və məzarda onun xatirə lövhəsi qurulacaq.

İspaniya hakimiyyəti Servantesin qəbrinin tapılması üçün 100 min avro ayırıb.

Xatırladaq ki, yoxsulluq içində vəfa edən Servantes 1616-cı ildə adsız məzarlıqda dəfn olunub.

# 1297 dəfə oxunub

Müəllifin son yazıları

# # #