Müsəlmanları tənqid edən şair 24 yaşında öldü

Müsəlmanları tənqid edən şair 24 yaşında öldü
1 may 2020
# 17:36

Fələstin əsilli Danimarka şairi Yəhya Həsən evində ölü tapılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər 24 yaşlı şairin hər hansı bir cinayətin qurbanı olmadığını bildirib.

Qeyd edək ki, müsəlmanları tənqid edən Həsən, 2013-cü ildə nəşr etdirdiyi “Gyldendalın” şeirlər toplusu ilə məşhurlaşıb. 100 min tirajla satılan kitabda şair danimarkalı mühacirləri, onların dini görüşlərini, cinayətkar davranışlarını və ölkədə assimilyasiya edilməməsini tənqid etmişdi. Onun kitabı Danimarka müsəlmanları arasında etiraz doğurub.

Bu səbəblə 2013-cü ildə Həsənə hücum edilərək, şairə bir neçə dəfə başından zərbə vurulub. Radikal düşüncəli insanların davamlı təhdidlərinə görə Həsən Danimarka təhlükəsizlik və kəşfiyyat idarəsinin nəzarəti altına alınıb.

# 2303 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #