Çəmənzəminlinin 30-a yaxın naməlum məqaləsi tapıldı

Çəmənzəminlinin 30-a yaxın naməlum məqaləsi tapıldı
1 aprel 2014
# 15:01

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana Hümmətli görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan “Millət” qəzetində dərc edilmiş, indiyədək haqqında məlumatımız olmayan 30-a yaxın məqaləsini aşkar etmişdir.

Bu barədə Kulis.az-a adıçəkilən institutdan məlumat veriblər.

“Yusif Vəzirov”, “Y.” imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.

# 2118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #