Bu gün Ələddin Abbasovla vida mərasimi keçiriləcək

Bu gün Ələddin Abbasovla vida mərasimi keçiriləcək
14 iyul 2014
# 09:18

Azərbaycanın Xalq Artisti, aktyor Ələddin Abbasovla dəfn mərasimi bu gün saat 11.00-da Gəncə Dövlət Dram Teatrında keçiriləcək. Bu barədə Kulis.az-a Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov məlumat verib. Onun sözlərinə görə, mərhum Gəncə Fəxri Qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, son vaxtlar səhhətində yaranmış problemlər üzündən yeriyə bilməyən aktyor Ələddin Abbasov iyulun 13-də günorta saatlarında 92 yaşında vəfat edib. Ələddin Abbasov 1958-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1971-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

Aktyor “Dəli Kür” (Cahandar ağa), "Mən ki, gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib, teatr səhnəsində yaddaqalan rollar oynayıb.

# 1270 dəfə oxunub

Müəllifin son yazıları

# # #