Gənc aktyor qəflətən vəfat etdi

Gənc aktyor qəflətən vəfat etdi
21 iyun 2023
# 11:40

Teatr və kino aktyoru Mixail Lojkin 37 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Lojkindən geriyə arvadı və gənc oğlu qalıb.

Aktyor Sankt-Peterburqdakı Bolşoy Kukla Teatrında fəaliyyət göstərib və əksər teatr tamaşalarında iştirak edib. Teatr səhnəsində işlədiyi müddətdə sənətkar bir sıra mükafatlara, o cümlədən bədii yaradıcılıq sahəsində Sankt-Peterburqun Gənclər Mükafatına və Sankt-Peterburqun Ən Ali Teatr Mükafatına layiq görülüb.

Teatrda işləməkdən əlavə, Lojkin bir neçə film layihəsində rol alıb. Aktyoru “Nevski” serialında eləcə də “Veteran”, “Şərti Polis-2”, “Anonim Detektiv” filmlərində görmək olar.

# 816 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #