Nəsimiyə həsr olunmuş şeir müsabiqəsi elan olundu

Nəsimiyə həsr olunmuş şeir müsabiqəsi elan olundu
25 fevral 2019
# 15:06

"Ulduz” ədəbi dərgisi və "Vektor” Beynəlxalq Elmlər Akademiyası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirir.

Müsabiqədə 35 yaşa qədər gənclər martın 31-nə kimi yalnız bir şeirlə iştirak edə bilərlər. Mövzu sərbəstdir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:

I yer – 200 azn

II yer – 150 azn

III yer – 100 azn

Qeyd: müsabiqədə iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyi unutmasınlar.

# 1207 dəfə oxunub

Müəllifin son yazıları

# # #