Rəsm müsabiqəsinin yekun sərgisi olacaq

Rəsm müsabiqəsinin yekun sərgisi olacaq
22 avqust 2016
# 10:07

Avqustun 30-da Bakı Xətai Sənət Mərkəzində “İstedad sorağında-2” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Kulis.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək sərgidə 70-dən çox fırça ustasının müxtəlif mövzulu sənət əsəri nümayiş olunacaq.

Məlumat üçün qeyd edək ki, layihənin məqsədi müasir incəsənətimizin və rəssamlığımızın inkişafına, gənc istedadlı rəssamlarımızın, dizayner və heykəltəraşlarımızın üzə çıxarılması və tanıdılmasıdır.

# 981 dəfə oxunub

Müəllifin son yazıları

# # #