Vaqif Səmədoğlunun yeni kitabının təqdimatı olacaq

Vaqif Səmədoğlunun yeni kitabının təqdimatı olacaq
14 sentyabr 2014
# 20:37

Xalq Şairi Vaqif Səmədoğlunun ABŞ-da çap olunmuş “Zülmətdə günəşə mahnı” kitabının təqdim atı olacaq. Kulis.Azın məlumatına görə təqdimat mərasimi 16 Sentyabr saat 15.30-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində keçiriləcək.

“Zülmətdə günəşə mahnı” adlı şeirlər toplusu Amerikada “Azerbaijan İnternational” nəşriyyatında çap olunub. Kitabı nəşrə Betty Blair hazırlayıb. Nəşrin tərcüməçiləri Lalə Qəribova, Aida Hüseynova, Sevinc Seyidova, Aynura Hacıyeva, Könül Səmədova, Vəfa Məstanova və Aynur H. İmecerdir.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #