2 Avqust - Milli Kino Günü münasibəti ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı illik mükafatlarının qaliblərini müəyyən edib.
AKİ-dən Kulis.Az-a verilən məlumata görə katibliyin qərarı ilə “Parisdən məktublar” sənədli filminə görə kinorejissor Tahir Əliyev, “Sirli bənövşə” filminin təsvir həllinə görə kinooperator Nizami Abbas, Milli Kinematoqrafiyaya verdiyi töhfələrə görə əməkdar mədəniyyət işçisi, səs rejissoru Əsəd Əsədov təltif olunublar. Hər il təqdim olunan, keçən ilin yaradıcı uğurlarını qeyd edən mükafata ötən illər aktyorlardan Fəxrəddin Manafov, Fuad Poladov, animasiya rejissoru Firəngiz Qurbanova, sənədli kino ustası Ziya Şıxlinski və kino rejissoru Fikrət Əliyev təltif olunub. Kino günü münasibəti ilə qaliblərə və ittifaqın üzvlərinə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov təbrik məktubu ilə müraciət edib.
Mükafatların təqdimetmə mərasimi avqustun ortalarında keçiriləcək.
- Özündən 17 yaş balaca tələbəsi ilə evlənən məşhurumuz
- “Proyekt 2602” film layihəsindən xəbər var
- Söylə, gözəllərin dodaqlarından - Günün şeiri
Kulis.az