Selin Dion və Omar Si məşhur animasiya layihəsində

Selin Dion və Omar Si məşhur animasiya layihəsində
30 sentyabr 2025
# 14:15

Məşhur müğənni Selin Dion və fransız aktyoru Omar Si Pol Makkartninin yeni animasiya filmini səsləndirəcəklər.

Kulis.az xəbər verir ki, onlar Pol Makkartninin illər əvvəl yazdığı “High in the Clouds” əsərinin fransızdilli versiyasında iştirak edəcəklər. Filmin musiqisi də Pol Makkartniyə məxsusdur. Müğənni layihə barədə danışarkən bildirib ki, uşaqlar üçün nəzərdə tutulan bu hekayə azadlıq, ümid və dostluq mövzularını əhatə edir.

Qeyd edək ki, Selin Dion öz rolunun onu çox həyəcanlandırdığını deyib. Omar Si isə uşaq yaşlarından Makkartninin musiqisi ilə böyüdüyünü vurğulayıb.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər