Rəssamlıq və heykəltəraşlıq sərgisi keçiriləcək

Rəssamlıq və heykəltəraşlıq sərgisi keçiriləcək
13 fevral 2014
# 13:13

Baku Creative Center yaradıclıq mərkəzi 18 fevral tarixində “İdentifikasiya” adlı rəssamlıq, qrafika və heykəltəraşlıq sərgisi keçirir. Kulis.Azın məlumatına görə sərgidə Azərbaycanın görkəmli fırça və tişə ustalarının işləri nümayiş etdiriləcək.

Baku Creative Center-in ilk sərgisi 2012-ci ildə keçirilib və bu il yaradıcılıq mərkəzi 2 yaşını qeyd edir. Bu səbəbdən yaradıcılıq mərkəzi öz 2 yaşında bu müddət ərzində mərkəzlə əməkdaşlıq edən, sərgilərdə nümayiş olunan rəssamların işlərindən ibarət sərgi ilə qeyd edir.

Ekspozisiyada 30-a yaxın rəssamın işləri nümayiş etdiriləcək. Sərgi fevral ayının sonuna kimi davam edəcək.

# 1378 dəfə oxunub

Müəllifin son yazıları

# # #