Yazıçı Kəramət Böyükçöl Azərbaycana sığınmış ukraynalı ailələrə yardım edib.
Kulis.az xəbər verir ki, bu barədə yazıçı Feysbuk hesabından paylaşım edib:
"3 gün əvvəl elan vermişdim ki, parkda kitablarımı satıb Ukraynadan Azərbaycana sığınmış uşaqlara məktəb ləvazimatı alacağam. Ukraynanın səfirliyindən bildirdilər ki, uşaqlar üçün məktəb ləvazimatı digər azərbaycanlılar tərəfindən alınıb. Ancaq o ailələrin ərzaq ehtiyacları var. Mən də satdığım kitabların pulu ilə 10 ukraynalı ailənin hər birinə 150 manatlıq bazarlıq elədim.
Ümumilikdə 1500 manat xərclədim.
Ailələr gəldi və ərzaqları götürdülər.
Halal puldur. Halal xoşunuz olsun.
Ukrayna xalqı tək deyil, biz onların yanındayıq.
Belə...
İndi də gedim öz dərdimi çəkim".