Türkiyədə Əzizə Cəfərzadə haqda kitab çap olunub

Türkiyədə Əzizə Cəfərzadə haqda kitab çap olunub
3 fevral 2014
# 13:42

Ankaradakı Gazi Universitetinin müəllimi Yard. Doç. Dr. Pərvanə Bayramın ”Əzizə Cəfərzadə: Həyatı, ədəbi şəxsiyyəti, hekayələrinin incələnməsi” adlı dəyərli monoqrafiyası Akçağ nəşriyyatında işıq üzü görüb. Kitabda Əzizə Cəfərzadənin həyat və yaradıcılığı araşdırılıb.

Azərbaycanlı Pərvanə Bayram Gazi Univeritetinin məzunudur. İstanbuldakı Fateh Universitetinin Türk dili və ədəbiyyatı bölməsində, Nevşehir Universitetində çalışmışdır. Bir müddət isə Bakıdakı Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı bölməsində baş müəllim işləmişdir. 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının "Qarabağlı Seyyid Mir Həmzə Nigarinin həyatı, yaradıcılığı və türkcə divanının poetik strukturu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Azərbaycan-Türkiyə ədəbi-mədəni münasibətlərinə həsr olunmuş layihə, konfrans və seminarlarda Azərbaycan dili, mədəniyyəti, tarixi və folklorunu Türkiyədə tanıdıb. Xocalı soyqırımı ilə bağlı dəfələrlə konfranslar keçirib işlədiyi universitet əməkdaşlarını bu faciənin dəhşətləri ilə məlumatlandırıb.

# 1706 dəfə oxunub

Müəllifin son yazıları

# # #