Bakıda əfsanəvi ifaçının konserti keçirilib

Bakıda əfsanəvi ifaçının konserti keçirilib
9 may 2019
# 10:40

Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, "Musiqi centlmeni - Tomas Anders" adlı konsert proqramında müğənni ən məşhur hitlərini səsləndirib.

Xatırladaq ki, Tomas Anders (əsl adı Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti kimi şöhrət tapıb. Qrupun ən məşhur sinqlı "You're My Heart, You're My Soul" adlanır. "Modern Talking" və Tomas Andersin solo musiqi albomlarının satışı dünya üzrə 125 milyonu ötüb.

"Modern Talking" fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasına davam edib.

# 1662 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #