Azərbaycanlı fotoqraf bu fotoya görə qalib oldu

Azərbaycanlı fotoqraf bu fotoya görə qalib oldu
16 dekabr 2015
# 12:33

Moskva metrosu tərəfindən "Metro Photo Challenge" adı altında keçirilən, 35 min iştirakçının iştirak etdiyi foto-müsabiqədə münsiflər tərəfindən qalib olaraq seçilən cəmi 6 iştirakçının sırasında azərbaycanlı fotoqraf Cavid Məmmədov da var.

Cavid Məmmədov "Şəhərin sevgisi" nominasiyasında qalib olmuşdur.

Cavid Moskvada interyer dizayn təhsili almaqla yanaşı rəssam və fotoqraf kimi də fəaliyyət göstərir. Bir neçə ildir ki, Fotoqrafiyanın “street photography” janrına aid olan fotoları Moskva metrosunda həyata keçirir və bu insanlar tərəfindən maraqla qarşılanır.

«Heç bir halda əla kadrları qaçırtmamaq üçün fotoaparat həmişə mənimlə və hazır vəziyyətdədir». – Cavid deyir. /peoples.az//

# 1643 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #