YUĞ Teatrı yeni mövsümə “Sonuncu” ilə başlayıb

YUĞ Teatrı yeni mövsümə “Sonuncu” ilə başlayıb
21 sentyabr 2015
# 09:15

Azərbaycan Dövlət YUĞ Teatrı sentyabrın 20-də 26-cı mövsümünü açıb. Məktbuat xidmətindən Kulisə verilən məlumata görə teatr yeni mövsümünə “Sonuncu” tamaşasının premyerası ilə başlayıb.

Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edir.

Bu il YUĞ Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. “Sonuncu” tamaşası, həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

# 1278 dəfə oxunub

Müəllifin son yazıları

# # #