Yusif Eyvazov Moskvada konsert verəcək

Yusif Eyvazov Moskvada konsert verəcək
22 mart 2024
# 11:00

Martın 26-da Moskva Konservatoriyasının Böyük zalında italyan klassiki Cüzeppe Verdiyinin anadan olmasının 210 illiyinə həsr edilmiş “Verdi-qala” bayram qala-konserti keçiriləcək.

Kulis.az xəbər verir ki, dünya operasının ulduzu Yusif Eyvazov, həmçinin xüsusi qonaqlar Darya Rıbak (soprano) və Mahir Tağızadə (bariton) Cüzeppe Verdinin məşhur operalarından xrestomatiya ariyalarını ifa edəcəklər.

Konsert İvan Rudinin rəhbərliyi altında Moskva Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək, dirijor pultunun arxasında Rusiyanın ən parlaq gənc dirijorlarından biri Denis Vlasenko olacaq.

Qeyd edək ki, konsertin təşkilatçısı Rusiyanın incəsənət və klassik musiqi sahəsində aparıcı agentliklərindən biri olan “Moscow Nights” konsert agentliyidir.

# 516 dəfə oxunub

Müəllifin son yazıları

# # #