Gənc Tamaşaçılar Teatrı Şri-Lankaya dəvət edildi

Gənc Tamaşaçılar Teatrı Şri-Lankaya dəvət edildi
21 may 2015
# 17:50

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüş keçirilib. Kulisin məlumatına görə forum iştirakçısı olan Şri-Lankanın mədəniyyət naziri cənab Nandimithra Ekanayake ilə teatrının direktoru, Respublikanın Əməkdar artisti Mübariz Həmidovla cənab Nandimithra Ekanayake arasında görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunub.

Nazir teatrın kollekitivini gələn il keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalına dəvət edib.

Görüşdən sonra teatrla yaxından tanış olan qonaq Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşasını izləyib.

Xatırladaq ki, Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ilin mart ayının 26-dan – 4 aprel tarixlərinədək Şri – Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak etmişdi. Teatr P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunmuşdu.

# 1677 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #