Ssenari müsabiqəsinin nəticələri açıqlanacaq

Ssenari müsabiqəsinin nəticələri açıqlanacaq
31 oktyabr 2016
# 17:25

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Yeni nəfəs-2” ssenari müsabiqəsinin nəticələri açıqlanacaq.

İttifaqın mətbuat xidmətindən Kulis.Aza verilən xəbərə görə, ötən həftə bununla bağlı Kinematoqrafçılar İttifaqında müsabiqənin münsiflər heyətinin iclası keçirilib və qaliblər müəyyənləşdirilib.

Müsabiqədə şəffaflığı qorumaq üçün yazılan ssenarilər kodlaşdırma vasitəsi ilə münsiflər heyətinə təqdim edilib.

Qaliblərin adları 5 Noyabr saat 10.30 da Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirdə elan olunacaq.

Qeyd edək ki, qaydaya əsasən Qran Pri 3000 manat, birinci yer 2000 manat, ikinci yer 1500 manat, üçüncü yer 1000 manat məbləğində mükafatlandırılacaq.

Qran Pri alan ssenarinin ekranlaşdırılması nəzərdə tutulub.

# 971 dəfə oxunub

Müəllifin son yazıları

# # #