“Maşa və Ayı” Akademik Milli Dram Teatrında

“Maşa və Ayı” Akademik Milli Dram Teatrında
26 aprel 2013
# 14:41

27 aprel 2013-cü il tarixində saat 15.00, 17.00 və 19.00-da Akademik Milli Dram Teatrında “Maşa və Ayı” tamaşası nümayiş olunacaq. Kulis.Azın məlumatına görə “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir.

Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Hazırda nümayiş olunan seriya “Arzular çin olur” adlanır.

Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük müvəffəqiyyətlə realizə olunub. Gürcüstanda tamaşa cəmi 56 dəfə oynanılıb və 28556 nəfər tərəfindən izlənilib.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını, Azərbaycan rəqslərini öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, rəqs edir çox əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir. Tamaşanın quruluşçu rejissoru Qoça Kviçadır. Rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Elnar Qarayev (Şaxta baba) ifa edirlər. Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu Əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxta babanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir.

Biletlər Şəhərin mərkəzi kassalarında, eləcə də Akademik Milli Dram Teatrının kassasında satılır.

# 2451 dəfə oxunub

Müəllifin son yazıları

# # #