Fərid Hüseyn həbsxana xatirələrini kitab etdi

Fərid Hüseyn həbsxana xatirələrini kitab etdi
8 aprel 2013
# 09:20

Ötən il İranda həbs olunan şair Fərid Hüseynin “Qandalı görməsin” adlı kitabı çap olunub. Kulis.Azın verdiyi məlumata görə “Qafqazinfo.az” saytının kitabxanası seriyası”ndan çap olunan kitabda F. Hüseynin 4 ay ərzində həbsxanada keçən günlərindən bəhs olunur.

Kitabda “Edam dəhşəti”, “Qorxu”, “Təbriz həbsxanasına gedənəcən” və s hissələr yer alıb. Kitabda günahsız yerə həbs olununa iki insanın həyatından, məhbusların zülmündən və hücrələrin dəhşətindən bəhs olunur.

Kitabın redaktoru İlahə Ucaruh və Etimad Başkeçiddir.

“Qandalı görməsin” kitabından başqa şairin son illərdə yazdığı şeirlər və esselərdən ibarət “Dözmək üçün məşq” adlı şeirlər və esselər kitabı da işıq üzü görüb.

# 2298 dəfə oxunub

Müəllifin son yazıları

# # #