“Söz” yaradıcılıq birliyi-FOTO

“Söz” yaradıcılıq birliyi-<span style="color:red;">FOTO
24 noyabr 2014
# 11:48

Noyabrın 21-də Bakı Dövlət Universitetinin filologiya fakültəsində “Söz” yaradıcılıq birliyi fəaliyyətə başlayıb. Bu barədə Kulis.Aza birliyin rəhbəri, BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu məlumat verib.

Birliyin məqsədi bədii qiraət, rəssamlıq, musiqi və sənətin digər sahələrində yaradıcılıq iddiaları olan tələbə gənclərin bir araya gətirilməsidir…

Məti Osmanoğlu bildirib ki, gənclərin özlərini daha yaxşı ifadə edə bilmələri üçün daim yeni təşəbbüslərə, axtarışlara, fərqli formalara ehtiyac olur. Bəzən köhnə görünən şeylər gəncləri qane etmir. “Söz” yaradıcılıq birliyinin dünyaya gəlməsi də bu reallıqdan irəli gəlib.


O əlavə edib ki, ideyanın reallaşması bədii yaradıcılığa xüsusi meyli olan magistrantların – Cahanxanım Seyidzadə və Nigar Məmmədlinin təşəbbüsü ilə olub: “Gənclərin istəyindən yarandığına görə mən “Söz”ün başlanğıcını, təməlini sağlam sayıram. “Söz” tələbələrə nə verəcək - mövqeyindən yanaşanda böyük nəticələr gözləməyə dəyər. Bu birlik gənclərin ölkəmizin mədəni həyatında baş verən yenilikləri izləmək, sənətdə yaranan tendensiyalarla tanış olmaq və onlara reaksiya vermək, həmçinin özlərini qiymətləndirmək imkanlarını genişləndirir. “Söz” – sözə, sənətə və elmə gəlmək arzusunda olan gənclərdə baxış genişliyi yaratmağa xidmət edir. Bizim işimiz gənclərin qarşısında üfüq açmaqdır”.

# 1384 dəfə oxunub

Müəllifin son yazıları

# # #