Salvador Dalinin oğurlanmış rəsmləri tapıldı

Salvador Dalinin oğurlanmış rəsmləri tapıldı
17 fevral 2023
# 18:00

Kataloniya polisi ispan rəssamı Salvador Dalinin oğurlanmış iki rəsmini tapıb.

Kulis.az xəbər verir ki, 2022-ci ilin əvvəlində Barselonada bir mənzildən Salvador Dalinin 300 min avro dəyərində iki əsərinin oğurlanması ilə bağlı araşdırma başladılıb.

Uzun sürən araşdırmalardan sonra cinayəti törətməkdə və evdən oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bundan əlavə, oğurlanmış əşyaların əldə edilməsində şübhəli bilinən daha iki nəfər həbs edilib.

Axtarışlar zamanı polis həmçinin rəssam Joan Miroya (1893-1983) aid edilən və həqiqiliyi hələ də yoxlanılmamış beş qrafik əsəri də tapıb. Ehtimallara görə, saxlanılan şəxslər 7 evi qarət ediblər.

Rəsmlər qanuni sahiblərinə qaytarılıb.

# 800 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #