İyunun 3-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında “İsveç Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçiriləcək.
Plener İsveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
Plener çərçivəsində rəssamlar öz əsərlərini açıq səma altında yaradacaqlar. Tədbirdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcək.
- Milli Kitab Mükafatı qaliblərinin kitabları nəşr olundu
- Əlabbas: “Afaq Məsud Orxan Pamukdan üstündür” – Müsahibə
- Namiq Hacıheydərli vəfat etdi
Plener sənətkarların özünü təkmilləşdirməsi, habelə gənc rəssamların dəstəklənməsi məqsədi ilə təşkil olunacaq. /azertag.az/