Nəbi Xəzrinin 90 illik yubileyi keçiriləcək

Nəbi Xəzrinin 90 illik yubileyi keçiriləcək
9 dekabr 2014
# 14:33

Dekabrın 10-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq şair Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Nəbi Xəzrinin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Yubiley mərasimində N. Xəzrinin sözlərinə bəstələnən mahnılar ifa olunacaq.

# 1186 dəfə oxunub

Müəllifin son yazıları

# # #