"Sonuncu şahid" proyekti beynəlxalq pitçinqdə qalib gəldi

"Sonuncu şahid" proyekti beynəlxalq pitçinqdə qalib gəldi
21 iyun 2023
# 10:30

Ötən il Sankt- Peterburqda keçmiş SSR-i dövlətləri kinematoqraflarının Beynəlxalq pitçinqi baş tutub.

Kulis.az xəbər verir ki, postsovet dövlətlərinin kinematoqrafları pitçinqdə öz proyektləri ilə çıxış ediblər. Tanınmış kinorejissor Ali Xamrayevin "Sonuncu şahid" proyekti qalib gəlib.

Proyekt II Dünya müharibəsində sağ qalmış qəhrəmanların həyatından bəhs edir.

Prodüser Nazim Hüseynovun rəhbərliyi ilə Astaranın Pensər kəndində yaşayan 97 yaşlı İzzət Nemətovun da haqqında film çəkilib və montaj prosesi Sankt- Peterburqda baş tutub. Ona yaxın qəhrəmanın həyatından bəhs edən film-ballada 22 iyun 21:00 və 23 iyun 13:25-də Rusiyanın tanınmış "Kultura" kanalında yayımlanacaq.

Filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev və prodüseri Nazim Hüseynovdur.

# 909 dəfə oxunub

Müəllifin son yazıları

# # #