"Bakıtab"da Kənan Hacının yeni kitabını - "Yaddaş Kartı"ı kitabının "İmza Günü" keçiriləcək. Mərasim 13 dekabr saat 16:00-da başlayacaq. "İmza Günü"nə giriş sərbəstdir.
Qeyd edək ki, "Yaddaş kartı” sırf avtobioqrafik əsərdir. Kitabda müəllifin uşaqlıq, yeniyetməlik dövrü, jurnalist fəaliyyəti ilə bağlı olduqca maraqlı məqamlar yer alır. Bu kitab həm də son 25-30 illik tariximizə bir yazıçı baxışıdır.
Müəllif kitabda özünün doğulub boya-başa çatdığı Buzovna torpağının tarixi, dünəni və bu günüylə, öz soy köküylə bağlı unudulmaqda olan faktları, hadisələri də qələmə alıb.