Bütün zamanların ən yaxşı ssenaristləri mükafatlandırıldı

Bütün zamanların ən yaxşı ssenaristləri mükafatlandırıldı
4 oktyabr 2017
# 10:17

Amerikanın “Vulture” portalı bütün zamanların ən yaxşı ssenari müəlliflərinin siyahısını tərtib edib.

Siyahıda dünya kinosunun yüz dramaturqunun adı çəkilir.

Portalın rəyinə görə, ən yaxşı ssenari Billi Uaylderə məxsus "Cazda yalnız qızlardır", "Sanset bulvarı”, “İtirilmiş həftəsonu” filmləri seçilib. O, 79 kinofilmə ssenari yazıb və 27 filmin rejissoru olub. Altı dəfə Oskar mükafatına layiq görülən müəllif 2002-ci ildə 95 yaşında vəfat edib.

İkinci yerdə İtan və Coel Koen qardaşlarının birgə ssenari müəllifi olduqları "Qocalara burda yer yoxdur", "Farqo", "Barton Fink", "Yolayrıcı Miller" və "Böyük Lebovski" filmləri qərarlaşıb.

Üçüncü pilləni isə Robert Taunun yaradıcılıq məhsulu olan "Çin kvartalı" və "Yakudzoy" filmləri tutub.

AzərTac

# 944 dəfə oxunub

Müəllifin son yazıları

# # #