Azərbaycan rəssamlarının əsərləri Pekində

Azərbaycan rəssamlarının əsərləri Pekində
25 sentyabr 2019
# 13:15

Azərbaycanlı rəssamların əsərləri Çinin paytaxtında keçirilən 8-ci Pekin Beynəlxalq İncəsənət Biennalesində nümayiş olunub.

“Rəngarəng dünya və ortaq gələcək” devizi ilə keçirilən builki incəsənət festivalında 113 ölkədən 640 əsər nümayiş olunub. Bura rəsm və heykəltəraşlıq əsərləri, fotoşəkillər, müasir incəsənət nümunələri, videolar daxildir.

Çin Milli İncəsənət Muzeyində təşkil olunan sərgidə rəssamlarımız Nailə Əhmədovanın "Böyük İpək yolu" və Rəfail Əliyevin "Qaraçılar mahnısı" əsəri nümayiş olunub. Hər iki əsər biennale ziyarətçilərinin böyük marağına səbəb olub.

Çinin Ədəbiyyat və İncəsənət Federasiyasının, Pekin meriyasının, Çin Rəssamlar Assosiasiyasının birgə təşkil etdiyi sərgi biennale çərçivəsində simpoziumlar, ustad dərsləri və müəlliflərlə görüşlər təşkil edilib./azertag.az/

# 2829 dəfə oxunub

Müəllifin son yazıları

# # #