Elşad Miriyə ölüm hədəsi

Elşad Miriyə ölüm hədəsi
21 yanvar 2015
# 16:34

Tanınmış ilahiyyatçı Elşad Miri sosial mediada ölüm təhdidi alıb.

Bu barədə a24.az-a ilahiyyatçının özü məlumat verib.

Onun sözlərinə görə, təhdid bir televiziya proqramının “YouTube” videoportalına yerləşdirilmiş videoyazısına görədir.

Elşad Miri deyib ki, artıq bununla bağlı aidiyyəti dövlət qurumlarını məlumatlandırıb.

İlahiyyatçı onu da bildirib ki, əvvəllər də təhdid olunub. Buna səbəb isə dini maariflənmə ilə bağlı çağırışları, cəhalətə və xurafata qarşı fikirləri, dini bölücülüklə mübarizədə səsləndirdiyi sərt mövqeyidir.

# 1209 dəfə oxunub

Müəllifin son yazıları

# # #