Vaqif Mustafazadənin ev muzeyindən FOTOLAR

Vaqif Mustafazadənin ev muzeyindən FOTOLAR
16 mart 2019
# 18:45

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi əfsanəvi Vaqif Mustafazadənin doğum günüdür.

Bəstəkar 1940-cı il martın 16-da Bakıda anadan olub.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görən və orijinal bir janr ortaya çıxaran Mustafazadə "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub, məşhur “Muğam” simfoniyasının müəllifidir.

1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkəsəndə qastrol zamanı 39 yaşında ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.

Ona.az bəstəkarın ev muzeyindən fotosessiyanı təqdim edir. Fotolar Orxan Əzimindir.

# 1976 dəfə oxunub

Müəllifin son yazıları

# # #