Türk əsilli alman rejissor Fatih Akının “Son həddə” filmi xarici dildə ən yaxşı film kimi “Qızıl qlobus” mükafatı qazanıb.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu kateqoriyada yarışan nominantlardan biri də Andrey Zvyaqinsevin “Sevgisizlik” filmi idi.
Ancaq münsiflər Fatih Akının xeyrinə qərar çıxarıblar.
- Özbəkistan teatrı Azərbaycana qastrol səfərinə gələcək
- Üzeyir bəyə həsr olunmuş musiqi festivalı keçiriləcək
- 8 milyon funt sterlinqə satılan gitara
Buna qədər Zvyaqinsevin filmi beynəlxalq festivallarda bir çox mükafat almışdı. Avropa kinoakademiyasının iki mükafatı və London beynəlxalq kinofestivalının Qran-prisi bura daxildir.
Bundan başqa rejissorun işi “Oskar” mükafatına da təqdim olunub.