Harrison Ford beşinci dəfə İndiana Cons olacaq

Harrison Ford beşinci dəfə İndiana Cons olacaq
11 dekabr 2020
# 18:58

Amerikalı aktyor Harrison Ford 5-ci dəfə "İndiana Cons" obrazını canlandıracaq.

Kulis.az xəbər verir ki, bunu filmin rejissoru Ceyms Manqold BBC-yə açıqlamasında deyib. Filmin prodüsseri Frank Marşal isə bu barədə fikirlərini belə bildirib:

"Hər zaman bir İndiana Cons olacaq, o da Harrison Ford!"

Qeyd edək ki, amerikalı aktyor Harrison Fordun artıq 78 yaşı var.

Filmin 2022 ildə yayımlacağı gözlənilir.

# 2119 dəfə oxunub

Müəllifin son yazıları

# # #