Rostropoviçin qızı atasının muzeyində olub

Rostropoviçin qızı atasının muzeyində olub
20 iyun 2017
# 17:00

Dünya şöhrətli violonçel ifaçısı, bəstəkar Mstislav Rostropoviçin qızı, Rostropoviç-Vişnevskaya Xeyriyyə Fondunun prezidenti Yelena Rostropoviç bu yaxınlarda atasının adını daşıyan muzeyin qonağı olub.

muzeydə gedən təmir işləri ilə maraqlanan Y.Rostropoviç muzeyin ekspozisiyası ilə növbəti dəfə tanış olub, buranın gələcək fəaliyyəti haqqında təklif və tövsiyələrini verib.

Y.Rostropoviç vaxtilə atasının ona həvalə etdiyi fondun yeni işləri və böyük layihələrinə aid məsələləri muzeyin direktoru Şeyla Heydərova ilə bölüşərək müzakirə edib.

Sonda qonağın istəyi ilə Mstislav Rostropoviçin şərabla çəkilmiş unikal portreti önündə xatirə şəkli çəkdirilib. /azertag.az/

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #